+994 70 544 56 55, +994 55 500 00 33

Bakı, Azərbaycan

Araşdırma niyə vacibdir? – “Betty Croker”in timsalında…

Araşdırma niyə vacibdir? – “Betty Croker”in timsalında…

Araşdırma niyə vacibdir? – “Betty Croker”in timsalında…

18 Aprel-20:52

İllərdir ki, marka idarə etməsi, outours, konsaltinq, təlim xidmətləri göstərən bir mütəxəssis kimi deyə bilərəm ki, istənilən biznesdə işə başlamadan öncə, araşdırma edilməlidir. Araşdırma müxtəlif tiplərdə, səviyyələrdə edilə bilər. Biznesin uğur açarı məhz araşdırmadan çıxan informasiyanın, sübutların fonunda öz əksini tapır. Qeyd edirəm ki, əgər araşdırma düzgün və dəqiq aparılıbsa, o zaman buna güvənmək olar. Bunun üçün də məhz bu prosesi mütəxəssislərə həvalə etmək lazımdır.

1950-ci ildə Betty Croker adlı bir keks markası bazara daxil olur. Dadlı, zövqlü məhsul olmasına baxmayaraq bu məhsul satılmırdı.İstehsalçılar xeyli məyus olmuşdular.Axı niyə ? İstəhsal normal, keyfiyyət mükəmməl. Bəs məhsul niyə satılmır? Bu yerdə yenə də, “günüqara” marketoloqlar işə düşür.

Aparılmış araşdırmalar ona göstərir ki, 50-ci illərdə xanımlar hazır şirniyyat məhsullarına üstünlük vermirlərmiş. Onlar tam hazır məhsul alarkən, özlərini çox pis hiss edirlərmiş. Özlərini bir ev xanımı kimi hiss etmək istəyən, 50-ci illərin xanımları hazır məhsulu buna görə almaq istəməyiblər.İstehsalçılar markalarının qürub çağı yetişmədən hərəkətə keçirlər. Beləliklə, mükəmməl bir ideya bu markanı, quyunun dibindən çıxara bilir. Onlar bəzi məhsullarında “Ev xanımları, üzərinə bir yumurta qatın” deyə bir cümlə əlavə edirlər. Yəni bu kekslər tam hazır formada satılmır, sadəcə, bir yumurta əlavə edilmədən müştərilərə təqdim edilir. Xanımlar isə bu yumurtanı sevərək əlavə edir. Bununla da, ev xanımları özlərini rahat hiss edirlər və bu məhsulda öz əməkləri olduğunu düşünüb, ciddi bir satış rekordu ilə Betty Croker kekslərini almağa başlayırlar.

Hər kəsə,uğurlu iş həftəsi arzusu ilə…..

 

Mənbə: https://eyyubgarabaghli.wordpress.com/