«EasyMark» Konsaltinq Şirkəti 2018-ci ilin iyul ayında təsis edilmişdir. Şirkət 10 illik biznes təcrübəsinə və bazar biliyinə əsaslanaraq hüquqi və fiziki şəxsli müəssisələrə biznes, marketinq, satış, brendinq, kommunikasiya sahəsində asan, rahat və mükəmməl xidmətlər göstərir.
2008-ci ildən Marketinq, Satış, Menecment və ümumilikdə biznesin inkişafı istiqamətində həm yerli,həm xarici bazarda 100-dən çox şirkətlə əməkdaşlığımız olmuşdur. Hal-hazırda ölkəmizdə yuxarıda qeyd etdiyim sahələr üzrə üç şirkətimiz fəaliyyət göstərir. Eyni zamanda İstanbulda,Tiflisdə, Astanada nümayəndəliklərimiz vardır. Ekspertlərimizin və araşdırma komandamızın böyük əksəriyyəti xaricdə təhsil almışdır, təhsil aldığı ölkələrdə, eyni zamanda ölkəmizdə ciddi nəzəri və praktiki bilik və təcrübələrə sahibdirlər. Müxtəlif elmi adlarla təltif edilmişdirlər.